İdman

Millimizin hücumçusu Moskva "Dinamo"suna keçdi

Millimizin hücumçusu Moskva Dinamosuna keçdi

Millimizin futbolçusu Ramil Şeydayev Moskva "Dinamo"suna transfer olunub.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi tvitter səhifəsi yayıb. Bildirilir ki, hücumçu ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, R.Şeydayev "Dinamo"ya Rusiyanın digər klubu "Krılya Sovetov"dan keçib. Futbolçumuz ötən mövsüm köhnə komandasının heyətində 18 oyuna 4 qol vurub.

D
demokrat.az