"Microsoft" şirkətinin yaradıcısı, milyarder Bill Qeyts süni intellektin "Google" və "Amazon" kimi nəhəng şirkətlərin sonunu gətirə biləcəyini bəyan edib.
Demokrat.az xəbər verir ki, o, bu barədə San-Fransiskoda "süni intellekt" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Milyarder iş adamı bildirib ki, bu texnologiya insanların həyatını kökündən dəyişə bilər:
"Bu böyük bir dəyişim olacaq. Çünki bir daha axtarış sisteminə girməyəcəksiniz. Bütün bunları süni intellekt yerinə yetirəcək. Bir daha "Google" və "Amazon"a ehtiyac olmayacaq".
Aysu Demokrat.az


