Sosial

Sahibkarlar üçün keçirilən "Açıq mikrofon" aksiyasından Qax rayonunun sakinləri də yararlandı

Sahibkarlar üçün keçirilən Açıq mikrofon aksiyasından Qax rayonunun sakinləri də yararlandı

"SOCAR "Azəriqaz" İB-nin sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həll edilməsi istiqamətində həyata keçirdiyi aksiya bu dəfə Qax rayonunda baş tutub.

Tədbiri açıq elan edən Zaqatala RQİİ-ninrəisi aksiyanın məqsəd və məramını izah edib.

KOBİA nümayəndəsi də öz növbəsində sahibkarlarla dövlət arasında körpü rolunu oynamağa çalışdıqlarını bildirib. Mikrofon önünə keçən sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini istəyiblər. Aksiyadan yararlanan sakinlər isə rayonun Əmircan kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasını xahiş ediblər. Görüşdə səsləndirilən müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilərək qeydə alınıb.

Sahibkarlar üçün keçirilən Açıq mikrofon aksiyasından Qax rayonunun sakinləri də yararlandı
Sahibkarlar üçün keçirilən Açıq mikrofon aksiyasından Qax rayonunun sakinləri də yararlandı

NE
Nihadə Eyyubova