Səudiyyə Ərəbistanı “Space X” şirkəti vasitəsi ilə Beynəlxalq Kosmik Stansiyasına (BKS) ilk qadın kosmonavtını göndərib.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata əsasən, “Space X” raketi Beynəlxalq Kosmik Stansiyaya (BKS) ikinci xüsusi səfərini etmək üçün yola düşüb.
Rayyanah Barnawi və Əli əl-Qarni ABŞ-ın Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindən "Space X Falcon 9" raketi ilə səmaya qalxıblar.
İki Səudiyyə kosmonavtı bir sıra eksperimentlər həyata keçirmək üçün ilk dəfə kosmosa gedir.
İki kosmonavtın insan tədqiqatları, hüceyrə elmləri və mikroqravitasiya mühitində bulud toxumlarının əkilməsi ilə bağlı 14 təcrübə aparacaqları bildirilir.
Aysu Demokrat.az


