Hadisə Özəl

F-18 döyüş təyyarəsi yerə ÇIRPILDI

F-18 döyüş təyyarəsi yerə ÇIRPILDI

İspaniyada F-18 qırıcı təyyarəsi uçuş təlimi zamanı yerə çırpılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, İspaniyanın Saraqosa aviabazasında dəhşətli qəza baş verib.

Pilot uçuş təlimi zamanı manevrlər edərkən, qəfildən qırıcı təyyarə yerə çırpılıb və partlayış baş verib.

Pilot son anda özünü təyyarədən ataraq fəlakətdən xilas olub.

Rəsmilər qəza zamanı ətrafdakı insanlara heç bir zərər dəymədiyini bildirib.

Hadisə yerində qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Aysu Demokrat.az

D
demokrat.az