Hərbi Özəl

Rusiyada şəhərin mərkəzində Ukraynaya məxsus dron vuruldu

Rusiyada şəhərin mərkəzində Ukraynaya məxsus dron vuruldu

Rusiya hərbiçiləri Belqorod şəhərinin mərkəzində hərbi dronu vurublar.

Demokrat.az xəbər verir ki, bu barədə mayın 19-da Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Qubernator bildirib ki, dron zərərsizləşdirilərkən, Belqorod şəhərinin mərkəzində yerləşən yaşayış binasının həyətinə düşüb.

O, dronun Ukraynaya məxsus olub-olmamasının hazırda araşdırıldığını deyib:

“İlkin məlumata görə, PUA yeddinci mərtəbədəki mənzilin pəncərəsinə çırpılaraq yerə yıxılıb. Hər hansı tələfat və dağıntı olmayıb. Əməliyyat qrupu hadisə yerində işləyir”.

Vyaçeslav Qladkovun sözlərinə görə, yerli sakinlərdən heç kim xəsarət almayıb.

Qeyd edək ki, vurulan dronunun Ukrayna Ordusuna məxsus olduğu ehtimal edilir.

Xatırladaq ki, bir neçə gün öncə də Belqorod şəhərində Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Ordusuna məxsus pilotsuz uçuş aparatını vurmuşdu.

Həsən Demokrat.az

D
demokrat.az