Hadisə

Masazırda azyaşlı uşaqlar itlərin hücumuna məruz qalıblar, vəziyyətləri ağırdır

Masazırda azyaşlı uşaqlar itlərin hücumuna məruz qalıblar, vəziyyətləri ağırdır

Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbiliv Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Azyaşlıların valideynləri “Report”a bildiriblər ki, övladlarının vəziyyəti ağırdır.

NE
Nihadə Eyyubova