Dünya Özəl

Təyyarə qəzasında itən 4 uşaq iki həftə sonra tapıldı

Təyyarə qəzasında itən 4 uşaq iki həftə sonra tapıldı

Kolumbiyada təyyarə qəzasında itkin düşən 4 uşaq iki həftə sonra xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, Kolumbiyanın Ararakuara şəhərindən havaya qalxan təyyarə mayın 1-də qəzaya uğrayıb.

Qəzadan 2 həftə keçməsinə baxmayaraq itkin düşən 4 uşaq xilas edilib.

Məsələ ilə bağlı Kolumbiya Prezidenti Qustavo Petro Tvitter hesabından paylaşım edib.

Paylaşımda "Əsgərlərimizin axtarışları nəticəsində qəzaya uğrayan təyyarədəki 4 uşağı sağ-salamat tapdıq. Bu, ölkə üçün böyük sevincdir”.- ifadələri əks olunub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova