Hərbi Özəl

Hərbi ekspert: "Rus sülhməramlılarına qəti xəbərdarlıq etməliyik ki, özbaşınalığınıza son qoyun"

Hərbi ekspert: Rus sülhməramlılarına qəti xəbərdarlıq etməliyik ki, özbaşınalığınıza son qoyun

"Təxribatların baş verməsində Rusiya və ermənilərin nə qədər günahı varsa, bir o qədər də bizim günahımız var. Ona görə ki, biz çox humanist və yumşaq davranırıq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq etsə də, indiyədək ermənilər təxribat törətməyə davam edirlər:

"Biz bəyanat veririk və bəyanatla da işimizi bitmiş hesab edirik. Biz bu məsələlərdə separatçılara və rus sülhməramlılarına qəti şəkildə xəbərdarlıq etməliyik ki, özbaşınalığınıza son qoyun. Amma hər dəfə danışırıq, sonra sakitləşirik. Dövlət onların üstünə təyyarə qaldıran deyil, tank sürən deyil. Zor işləmədiyimiz halda baxın görün hansı haqsızlıqlar var. Sadəcə olaraq biz tələbimizi daimi etməliyik və arxasında konkret əməl olmalıdır.

Martın 5-də XİN bəyanat verdi, artıq iyunun 5-ə az qalıb. Amma bəyanat verə-verə yerimizdə sayırıq. Ermənilər və ruslar da Qarabağda nə istəyirlərsə, onu da edirlər. Görün hansı problemləri bizim üçün təyinləşdiriblər. Laçın- Şuşa sərhəd buraxılış məntəqəsində silahlar keçirirlər. Yəqin ruslar deyirlər ki, biz öz yükümüzü aparırıq. Yoxsa, bizim Dövlət Sərhəd Xidməti heç bir halda onlara imkan verməz".

Şəhanə Demokrat.az

D
demokrat.az