Xarici siyasət

İncənin intim görüntüləri ilə bağlı YENİ XƏBƏR — CHP-nin əli var?

İncənin intim görüntüləri ilə bağlı YENİ XƏBƏR — CHP-nin əli var?

Türkiyənin Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncəyə qurulan montaj görüntü tələsinin araşdırılmasında mühüm irəliləyiş baş verib.

Bakupost.az "Sabah"a istinadən xəbər verir ki, həmin montaj görüntülər Məhərrəm İncənin "Millət İttifaqı" namizədi Kamal Kılıçdaroğlunun lehinə namizədlikdən geri çəkilməsinə səbəb olub.

Montaj görüntüsünün sosial şəbəkədə yayımlanmasından sonra Ankara Baş Prokurorluğu tərəfindən rəsmi şəkildə istintaq başladılıb. İstintaq nəticəsində 14 nəfər saxlanılıb. Onlardan biri sərbəst buraxılıb.

Məhkəməyə çıxarılan 12 şübhəli isə şərti azadlığa buraxılıb. Şübhəlilərdən Cümhuriyyət Xalq Partiyası Şişli Gənclik Təşkilatının keçmiş üzvü Ozan Özgür Doğru isə həbs edilib.

CHP-nin digər bir üzvü, Ankara Böyükşəhər Bələdiyyəsinin memarı Vəli Koçak isə ev dustaqlığına buraxılıb.

D
demokrat.az