Sosial

Deputat: "Çalışağıq ki, işlə bağlı yaş məhdudiyyətini aradan qaldıraq"

Deputat: Çalışağıq ki, işlə bağlı yaş məhdudiyyətini aradan qaldıraq

65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmirəm.

Demokrat.az xəbər verir ki, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, yaş insanın əmək fəaliyyətinə mane ola bilməz:

"Özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir. Biz çalışağıq ki, bu məhdudiyyəti aradan qaldıraq".

D
demokrat.az