Hadisə Özəl

Qohumlar arasında silahlı dava: Yaralılar var

Qohumlar arasında silahlı dava: Yaralılar var

Türkiyədə qohumlar arasında yaranan mübahisə nəticəsində 6 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Qaziantep vilayətində baş verib.

Qohumlar arasında uşaqlarına görə mübahisə düşüb.

Qısa müddətdə böyüyən mübahisə silahlı davaya çevrilib.

Dava nəticəsində 6 nəfər yaralanıb.

Hadisə yerinə polis və Təcili tibbi yardım qrupları gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova