Türkiyədə karxanada qum topasının altında qalan 49 yaşlı fəhlə dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, hadisə Türkiyənin Uşak vilayətində baş verib.
İşçilərin səyi nəticəsində 49 yaşlı fəhlə qumun altından çıxarılıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Fəhlə dərhal xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Aysu Demokrat.az



