Siyasət Özəl

Politoloq: “Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıyıb”

Politoloq: “Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıyıb”

“Brüssel görüşündə Azərbaycan üçün çox əhəmiyyətli müzakirələr olub”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Brüssel görüşü zamanı Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıyıb:

“Bizim üçün ən əhəmiyyətli o idi ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistan spekulyasiyadan əl çəksin. Görüşdə Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu, bizim üçün şərt idi. Danışıqlarda ən praqmatik məsələ isə Qarabağla bağlı idi.

Paşinyanın əsas istəklərindən biri bundan əvvəl Qarabağ erməniləri ilə danışıqların olması idi. Çünki Nikol Paşinyan birdən deyə də bilməz erməni cəmiyyətinə ki, mən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıram. Dünənə qədər erməni tərəfi bildirirdi ki, ATƏT-in Minsk qrupuna oxşar beynəlxalq institut Xankəndidə yaşayan ermənilərlə Azərbaycan hökuməti arasında danışıqlarda iştirak etməlidir. Bir növ bunu leqallaşdırmaq istəyir, hüquqi müstəviyə gətirmək istəyirdilər. Lakin Azərbaycan Prezidenti bunu qəbul etmədi və bu istəkdən də Ermənistan kənarlaşdırılmış oldu.

Əlbəttə ki, əsas məsələlərdən biri dünya ictimaiyyəti Azərbaycana təzyiq edə bilərdi və erməni diasporasının, separatçıların buna çox ümidi var idi. Bu, Azərbaycana qarşı Laçında Ermənistanla sərhəddə keçid məntəqəsinin qoyulmasından sonra sanksiyaların tətbiqi, bəyanatların səsləndirilməsi, hansısa bəyanatların qəbul edilməsiylə bağlı idi ki, bu məsələdə də görüşdə susqunluq nümayiş etdirildi. Bu isə artıq o deməkdir ki, Qərb ictimaiyyəti, ABŞ və Avropa İttifaqı başa düşüb ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu məsələdə də spekulyasiya etməyə ehtiyac yoxdur”.

Nəzrin Demokrat.az

D
demokrat.az