Ukrayna Silhalı Qüvvələri Rusiya tərəfindən paytaxt Kiyevə atılan “Kinjal” və “İskəndər” raketlərini havadaca zərərsizləşdirib.
Demokrat.az Ukrayna mediasına istinadla xəbər verir ki, Rusiyanın atdığı raketlərin paytaxt Kiyevin səmasında vurulması anının görüntüləri də yayılıb.
Məlumata görə, Ukrayna Ordusu “Patriot” hava hücumundan müdafiə sistemi vasitəsilə Rusiya tərəfindən atılan 6 ədəd “Kinjal” və 1 ədəd “İskəndər” raketlərini zərərsizləşdirib.
Qeyd edək ki, Rusiya dövlət rəhbərlərinin “qarşısıalınmaz silah” adlandırdığı “Kinjal” hipersəs raketi hesab olunur.
Həsən Demokrat.az


