Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistralının Şamaxıdan keçən hissəsində iki minik maşını toqquşub.
Ağır qəzada beş nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, avtomobillərdən biri Şamaxı sakininə məxsusdur, digərində isə ərəb turistlər olub.
Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.
əvvəl 22:23
***
23:15
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nıın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
10 NF 093 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin qarşı tərəfdən gələn 10 MS 666 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili ilətoqquşması nəticəsində 5 nəfərin ağır xəsarət aldığı bildirilir.
Baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri, "VAZ 2107" markalı avtomobilin sürücüsü, Şamaxı sakini, 1951-ci il təvəllüdlü Əhmədov Azadxan Əliyar oğlu rayonun Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Hadisə zamanı Şamaxı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirzəyev Emin Kabus oğlu, ərəb turisti, 1984-cü il təvəllüdlü Ali Yusif Hassan Abdullah Hayi və daha bir ərəb və Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb. Hazırda sonuncuların şəxsiyyəti müəyyənləşdirilir.


