Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımovun səhhəti ağır olaraq qalır.
Bu haqda Axşam.az-a açıqlamasında aktyorun qızı Kəmalə Qasımova deyib. O bildirib ki, atası reanimasiyadadır:
"Atam dializ olunur, qan köçürülür.Süni nəfəs aparatından ayrılıb. Danışa bilmir, amma huşu yerindədir. Nəsə deyəndə reaksiya verir, gözünü açır. Həkimlər deyir ki, müalicəsi davam etməlidir. Hələ ki, bir irəliləyiş yoxdur"


