Bakının Sabunçu rayonunda məktəb yanır. Demokrat.az xəbər verir ki, yanğın paytaxtın Bakıxanov qəsəbəsində yerləşən Rasim Quliyev adına 107 saylı tam orta məktəbdə baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, əraziyəFövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.
əvvəl - 19:40
***
21:43
Fövqəladə Hallar Nazirliyi məktəbdə baş verən yanğınla bağlı rəsmi açıqlama yayıb.
Demokrat.az-a FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda məktəbin həyətyanı ərazisində 700 m² sahədə quru ot və kol-kos yanıb. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




