Hadisə

Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub — YENİLƏNİB — FOTO

Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub — YENİLƏNİB — FOTO

Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub.

Demokrat.az xəbər verir ki, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Oqtay və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Həsənova Səhər Alı qızı hadisə yerində həyatını itirib.

Hadisə yerinə cəlb olunan FHN-nin Ağcabədi rayon DYMX əməkdaşları sıxılmış vəziyyətdə olan ər və arvadın meyitini çıxararaq adiyyatı üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

13:25

Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilir. Hadisə yerinə təcili tibbi yardım bölməsi və hüquq mühafizə əməkdaşları çağrılıb.

Faktla bağlı araşdırma aparılır.//APA

Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub — YENİLƏNİB — FOTO

Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub — YENİLƏNİB — FOTO

D
demokrat.az