Hərbi

Ermənistanın komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb — YENİLƏNDİ (VİDEO)

Ermənistanın komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb — YENİLƏNDİ (VİDEO)

Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb.

Oxu.az ermənilərin əldəqayırma dronlarını idarə edən məntəqəninməhv edilməsinin anbaan görüntülərini əldə edib.

Videodan aydın olur ki, komanda-qərargah məntəqəsinin yerləşdiyi yük avtomobili sərrast atəş nəticəsində partladılıb.

Bununla bağlı görüntüləri təqdim edirik:

xxx

Azərbaycan ordusu tərəfindən Basarkeçər rayonunun Zod istiqamətində erməni bölmələrinin kəşfiyyat və atəşə nəzarətini təmin edən Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşını (KQM) məhv edilib.

APA xəbər verir ki, həmin maşından Ermənistanın Azərbaycan ordusuna qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilib.

NE
Nihadə Eyyubova