Hadisə Özəl

DSX kursantının ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır

DSX kursantının ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramiz Qəribovun cinayət işi üzr ibtidai istintaq başa mçatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elman İsayevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Ramiz Qəribov idarə etdiyi "QAZ-31" markalı avtomobillə yolu keçmək istəyən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vurub. Laçın Mahmudov hadisə yerində keçinib.

Qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Dövlət Sərhəd Xidmətinin (Akademiyasının kursantı olub.

İstinaq araşdırması zamanı qəzanın törədilməsində Ramiz Qəribov təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az