Siyasət

Ən çox bu rayonlarda yağış yağır - SON MƏLUMAT

Ən çox bu rayonlarda yağış yağır - SON MƏLUMAT

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Bakıda və respublikanın bölgələrində iyunun 29-da axşam bəzi yerlərdə yağış yağacağı, ildırım çaxacağı gözlənilir. Leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Departamentdən Demokrat.az-a verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, iyunun 29-u axşam saat 17.00-21.00 radələrində Akstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tər-Tər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb. Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

D
demokrat.az