Autizm – ağır psixiki xəstəlikdir. Belə xəstəliklə doğulmuş uşaq ailəsi üçün çətin bir sınaqdır. Son illərin statistikası göstərir ki, ölkəmizdə autizmli uşaqların sayı artmaqdadır.
Məsələyə ilə bağlı tanınmış psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında bildirib ki, autizm sindromlu uşaqlarının artmasının bir sıra səbəbləri vardır:
“Autizm sindromlu uşaqların sayı artmasına heç bir psixoloq dəqiq cavab verə bilməz. Ümumiyyətlə, dünya üzrə araşdıran şəxslər özləri də bilmirlər ki, niyə autizmli uşaqlar doğulur. Amma bu gün uşaqların akademik dəyərlərinin aşağı olmasının səbəbi telefon və uşağın insanlarla ünsiyyətdə az olmasıdır. Uşaqlar ünsiyyət qurmur, bununla da ağız akustikasında tənbəllik baş verir. Nətiəcədə fikirlərini izah edə bilmirlər və aqressiya yaranır. Bu da bu kimi halların artmasına səbəb olur”.
Psixoloq bildirib ki, bu sahədə ölkəmizdə mərkəzlərdə peşəkarlar fəaliyyət göstərməsi mütləqdir:
“Təbii ki, bunun nəticəsində sağlam rəqabət yaranacaq. Sağlam rəqabətdə də kim qazanır?
Əlbəttə ki, cəmiyyət. İnanıram ki, bu sahədə daha ciddi işlər görüləcək və biz mühüm nəticələr əldə edəcəyik”.
Nəzrin Hüseynli Demokrat.az


