Sosial

Mübariz Qurbanlı: "15-ə yaxın məscidə qadın imam təyin edilib"

Mübariz Qurbanlı: 15-ə yaxın məscidə qadın imam təyin edilib

"Təxminən 15-ə yaxın məscidə qadın dini ayin icraçısı təyin edilib və bunların sayı artacaq".

Demokrat.az xəbər verir ki bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qadınlar dini ayinlərin icraçılar imam funksiyasını yerinə yetirmir. Əlbəttə ki, məsciddə xütbə verməyəcək və moizə oxumayacaq:

"Qadın dini ayin icraçısı imamın tapşırığı ilə qadınlar bölməsində fəaliyyət göstərəcək və qadınlarla bağlı məsələlərdə islami dəyərlərə əlaqədar izahat işləri aparacaq. Eyni zamanda İslama aid olan müxtəlif mərasimlərin idarə olunmasında iştirak edəcək. Təhsili din üzrə mütəxəssis olan qadın xurafat və digər məsələlərə yer verməyəcək. Ona görə də qadın dini ayin icraçılarının təyinatı davam edəcək. Əsas aparıcı isə Cümə məscidlərinə olacaq ". (bizim.media)

D
demokrat.az