Əməkdar artist Elton Hüseynəliyev"Həmin Zaur" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, proqramda həmkarı Elxan Şirinovun "Anam yadıma düşəndə" mahnısınıeşidən sənətçi kövrəlib.Martda vəfat edən anasındandanışan müğənniyaxşı övlad olmadığını dilə gətirib:
"Haqq dünyasına hamımız qovuşacağıq. Bütünuğurlarım anamın dəstəyi idi. Allah hər şeyi ona görə mənə verib. Ailədə 3 uşaq idik.Bacım bir yaşında dünyasını dəyişib. Qardaşım Elçin isə məndən 3 yaş balacadır. Uğurlarımla anamı sevindirməyə çalışmışam. Hər bir şey o niyyətlə olanda Allah da uğur verir. Fikirləşirəm ki, yaxşı övlad olmamışam. Kaş ki,olardım. Çatdırıb edə bilmədiyim şeylər var idi".
Qeyd edək ki, sənətçinin anası Şura xanımxərçəng xəstəliyindən əziyyət çəkirdi.


