İdman

Messi ərəblərin 400 milyonundan keçə bilmir

Messi ərəblərin 400 milyonundan keçə bilmir

Argentinalı futbolçu Lionel Messi blokbaster müqaviləsi ilə Səudiyyə Ərəbistanında oynayacaq.

Demokrat.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə AFP-yə bildirib.

Mənbə Messinin artıq gələn mövsüm Səudiyyə klubunda olacağını deyib.

Qeyd edək ki, "Paris Saint-Germain" klubu Messinin müqaviləsinin iyunun 30-na kimi qüvvədə qalacağını açıqlayıb.

Xatırladaq ki, Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubundan rəsmi təklif alıb. Məlumata görə, klub Messiyə ildə təxminən 400 milyon dollarlıq müqavilə təklif edib.

D
demokrat.az