Hadisə Özəl

Avtobus körpüdən aşdı: 22 ölü

Avtobus körpüdən aşdı: 22 ölü

Hindistanda sərnişin avtobusu körpüdən aşaraq çaya düşüb. Hadisə nəticəsində 22 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.

Təxminən 50 sərnişin daşıyan avtobus körpüdən çay yatağına düşüb.

Qəza nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər həlak olub.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Hindistanın baş naziri Narendra Modi qəza ilə bağlı başsağlığı verib.

Aysu Demokrat.az

D
demokrat.az