Türkiyədə mikroavtobusla beton qarışdıran maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Demokrat.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Osmaniyə vilayətində baş verib.
Məlumata əsasən, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla beton qarışdıran maşın toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan 7 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və Təcili tibbi yardım qrupları gəlib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Aysu Demokrat.az


