Gündəm

Birinə 10, digərinə 8 il iş verilən keçmiş MTN-çilər də əfv olundular

Birinə 10, digərinə 8 il iş verilən keçmiş MTN-çilər də əfv olundular

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı əfv edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Hərbi Məhkəməsinin 2018-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilən 1977-ci il təvəllüdlü Məmmədov Zaur İbiş oğlu və Bakı Hərbi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli hökmü ilə məhkum edilən 1970-ci il təvəllüdlü Mehdiyev Azər Söhrab oğlu əfv edilib. Məlumat üçün bildirək ki, general Zaur Məmmədov 10 il 6 ay, polkovnik Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

D
demokrat.az