Suriya Ərəb Dövlətləri Liqasında fəaliyyətini bərpa edib.
Demokrat.az xəbər verir ki, bunu İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ahmed as-Safah açıqlayıb.
Bu barədə qərar bu gün Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının Qahirədə keçirilən iclasında qəbul edilib.
12:34
Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirləri Suriya nümayəndə heyətinin təşkilatın bu gün keçiriləcək iclasına buraxılması barədə qərar qəbul edəcək.
Demokrat.az xəbər verir ki, bu, bu gün Ərəb Dövlətləri Liqası Şurasının Qahirədə keçiriləcək iclasında qəbul ediləcək qətnamə layihəsində əksini tapıb.
Suriya nümayəndə heyəti mayın 7-dən yenidən Ərəb Dövlətləri Liqasının iclaslarında iştirak etməyə başlayacaq.//APA


