Hadisə

Sabirabadda iki minik avtomobili toqquşdu - Ölən və yaralananlar var

Sabirabadda iki minik avtomobili toqquşdu - Ölən və yaralananlar var

Sabirabadda1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub. Hadisə Bakı-Horadiz magistralının rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Bakının Səbail rayon sakini İbadov Sücəddin Alış oğlu hadisə yerində ölüb. Ailənin digər üzvləri, 1981-ci il təvəllüdlü İbadova Vəsilə Sabir qızı və 1973-cü il təvəllüdlü İbadov Samir Sücəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb .

Yaralılar Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.(Report)

D
demokrat.az