“Hemat Trade” MMC "Fasad-F" QSC-ni məhkəməyə verib.
Demokrat.az xəbər verir ki, iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə təqdim olunub .
"Fasad-F" QSC-yə qarşı alqı-satqı müqaviləsi üzrə tələbin icra edilməməsi məsələsi qaldırılıb.
İddia ərizəsi araşdırılması üçün hakim Aytən Əliyevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Fariz Məlikli Demokrat.az


