Dünya Özəl

İtaliyanın xarici işlər naziri Fransaya səfərini ləğv etdi

İtaliyanın xarici işlər naziri Fransaya səfərini ləğv etdi

İtaliyanın xarici işlər naziri Antonio Tayani Fransa daxili işlər nazirinin İtaliyanı təhqir etməsi səbəbi ilə Parisə səfərini ləğv edib.

Demokrat.az xəbər verir ki, o, bu qərarını sosial media hesabında açıqlayıb.

O bildirib ki, bu edilənlər İtaliyaya qarşı hörmətsizlikdir:

"Fransa daxili işlər nazirinin hökumətə və İtaliyaya etdiyi təhqirlər qəbuledilməzdir. Biz tərəflər olaraq bir olmalı idik. Avropanın ortaq problemlərinin həll edilməli olduğu birlik bu deyil".

Qeyd edək ki, italiyalı nazirin bu reaksiyasına Fransanın daxili işlər naziri Ceral Darmaninin radioda işlətdiyi ifadələr səbəb olub.

Aysu

NE
Nihadə Eyyubova