Şou-biznes Özəl

Məşhur müğənninin barəsində həbs qərarı çıxarıldı

Məşhur müğənninin barəsində həbs qərarı çıxarıldı

Türkiyəli müğənni Gülşən Bayraktarın barəsində 10 aylıq həbs qərarı çıxarılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Sənətçi Gülşən Bayraktar ötən il aprelin 30-da konserti zamanı söylədiyi fikirlərinə görə, məhkəməyə verilb.

"İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə cinayət işi üzrə hökm elan edilib.

Məhkəmənin qərarı ilə müğənniyə 10 ay həbs cəzası verilib. Hökmün elan tarixi isə təxirə salınıb.

Qeyd edək ki, müğənni bu gün keçirilən məhkəmə prosesində iştirak etməyib.

Aysu Demokrat.az

D
demokrat.az