Hadisə Özəl

SON DƏQİQƏ! Ukrayna hərbiçiləri sərhəddəki rus kəndini bombaladı

SON DƏQİQƏ! Ukrayna hərbiçiləri sərhəddəki rus kəndini bombaladı

Ukrayna hərbiçilərinin Rusiyanın Bryansk vilayətində yerləşən sərhəd kəndi bombaladığı iddia olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Bryansk qubernatoru Aleksandr Boqomaz Telegram hesabında paylaşım edib.

O bildirib ki, partlayış nəticəsində ölən və yaralanan olmayıb, ancaq evdə yanğın baş verib.

A.Boqomaz ötən gün yük qatarına edilən bombalı hücum nəticəsində 7 vaqonun reysdən çıxdığını da açıqlayıb.

Ukrayna tərəfi isə kəndin bombalanması iddiasına hələlik münasibət bildirməyib.

Aysu Demokrat.az

D
demokrat.az