Hadisə Özəl

“Ərim məni xəyanətlə şərləyib...” — Bakıda şiddət görən qadın DANIŞDI

“Ərim məni xəyanətlə şərləyib...” — Bakıda şiddət görən qadın DANIŞDI

Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Adil ailə münaqişəsi zəminində həyat yoldaşı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 1-də Xəzər rayonu, Mərdəkan qəsəbəsidə baş verib.

Adil yaşadığı evdə həyat yoldaşı Aydan ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib.

Yaranmış mübahisə zamanı qəsdən Aydanın vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Aydan ilə 12 il olar ailə qurub və birgə nigahdan 3 qızı var:

“Əvvəllər münasibətlərimiz normal olsa da, son zamanlar münasibətlərimiz pozulub. Avqustun 1-də evində olarkən Aydan ilə aramızda yaranmış mübahisə zamanı əsəbləşdiyimdən əlim ilə onun başına bir neçə zərbə vurdum, sonra yerə yıxaraq bədən nahiyyəsinə bir neçə təpik vurdum. Sonra etdiyim hərəkətə görə peşmançılıq keçirdim. Aydandan üzürxahlıq etmişəm. Əməlimdən səmimi peşman olmuşam”.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Aydanın sözlərinə görə, Adil uzun müddətdir onu Siyəzən şəhərinə atası evinə getməyə qoymadığı üçün aralarında mübahisə olub:

“Hadisə günü, saat 14.00-da Adil ilə aramızda baş vermiş mübahisə zamanı bir neçə dəfə əli ilə başıma zərbə vurdu. Sonra yerə yıxaraq bədən nahiyyəmə bir neçə təpik vuraraq mənə xəsarət yetirdi”.

Zərərçəkmiş deyib ki, hətta bundan bir neçə gün sonra onu atasıgilə qovub və onu xəyanətlə şərləyib:

“Bu səbəbdən Adillə yaşaya bilmədiyimdən ondan başanmaq üçün Xəzər rayon Məhkəməsinə müraciət etmişəm. Hazırda mənə dəymiş maddi ziyan ödənildiyindən Adil ilə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Adilin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az