Rusiyanın Bryansk vilayətində dəmir yolu relslərinə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb, nəticədə yük qatarının lokomotivi relsdən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə vilayət rəhbəri Aleksandr Boqomaz özünün "Telegram" kanalında məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, lokomotivin relsdən çıxması yanğına səbəb olub.
Yolun bu hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. Xəsarət alan yoxdur.


