Sosial

Hava şəraiti haqqında XƏBƏRDARLIQ

Hava şəraiti haqqında XƏBƏRDARLIQ

Hava şəraiti haqqında məlumat yeni məlumat yayılıb.

Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Aprelin 30-u axşamdan mayın 02-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Aprelin 30-dan mayın 01-nə keçən gecə və səhər, 02-də günün birinci yarısında, 03-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 02-03-də yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mayın 01-i gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.

D
demokrat.az