Hadisə

Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır — ADLAR — YENİLƏNİB

Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır — ADLAR — YENİLƏNİB

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

Bu barədə "Report"un bölgə müxbiri xəbər verir.

Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.

Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Qeyd edək ki, hadisə "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

15:39

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Demokrat.az xəbər verir ki, bunlar 1999-cu il təvəllüdlü Xəlilov Orxan, Vəliyev Sənan, Şərifova Aydan, Şərifov Raul, Şərifov Ramin, İsgəndərova Günay, İsgəndərova Şölə və İsgəndərov Emindir.

Yaralıların müalicəsi Ağstafa Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

14:44

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək

14.36

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, ilkin məlumatlara görə, 4-ü uşaq olmaqla 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

14.20

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az