Hadisə Özəl

Məşhur şirkət cərimələndi

Məşhur şirkət cərimələndi

"AKBABA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) inzibati qaydada cərimə olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsi ilə protokol yazılıb.

Yazılan protokol araşdırılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elçin Ağayevin icraatına verilib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə yazılan cərimə ilə bağlı protokol məhkəmə tərəfindən təsdiq olunarsa, şəxs barəsində üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə, qanunda cərimə nəzərdə tutulub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az