Qarabağ Özəl

Xankəndi ermənilərinin əmlakları dəyər-dəyməzinə satışa çıxarmasının hüquqi əsası varmı? — Ekspert AÇIQLADI

Xankəndi ermənilərinin əmlakları dəyər-dəyməzinə satışa çıxarmasının hüquqi əsası varmı? — Ekspert AÇIQLADI

Laçın rayonunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra ermənilər təşvişə düşüb. Erməni teleqram kanallarının yaydığı məlumata görə, Qarabağdakı ermənilər əmlaklarını dəyər-dəyməzinə satmağa başlayıblar. Hətta, Xankəndi və ətraf ərazilərdə mənzillər dəyərindən də dəfələrlə ucuz qiymətə satışa çıxarılıb.

Bəs, ermənilərin həyata keçirdikləri alqı-satqı əməliyyatlarının nə dərəcə də hüquqi əsası var?

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Demokrat.az-a açıqlamasında bildirib ki, hətta, 44 günlük Vətən müharibəsi ərəfəsində də ermənilər tərəfindən bu kimi elanlar verilmişdi.

Ekspertin sözlərinə görə, bunun heç bir hüququ əsası yoxdur:

"Yəni, onların alqı-satqılarının heç bir hüquqi qüvvəsi yoxdur. Heç onun alıcısı da yoxdur. Sadəcə bir-birini aldatmaqla məşğuldurlar. Hər hansı bir alqı-satqı əməliyyatının aparılması yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilə bilər. Orada olan mənzillər çıxarışla təmin olunduqdan sonra, onların alqı-satqısından söhbət gedə bilməz.

Xankəndi ermənilərinin əmlakları dəyər-dəyməzinə satışa çıxarmasının hüquqi əsası varmı? — Ekspert AÇIQLADI

Ermənilərin evlərin satışa çıxarılması ilə bağlı elanları saxtakarlıqdır. Həm özünü, o cümlədən millətçilərini aldatmaqdan başqa birşey deyil. Təbii ki, orada hər hansı daşınmaz əmlaka sahib olan ermənilər anlayırlar ki, gec-tez yerin sahibləri ora sahib çıxacaqlar və bu, çox qısa müddətdə olacaq, vaxt çox az qalıb. Ona görə də, dəyər-dəyməzinə də olsa, o evlərini satırlar. Əslində, buna satmaq deməzdim, hər hansı bir mənfəət götürsünlər deyə, kiməsə dövr edib, ancaq əldə elədikləri pul ilə qaçmaq niyyəti güdürlər. Onların arasında Azərbaycan vətəndaşlığını qəbul edən, orada yaşamış insanlar olarsa, təbii ki, Azərbaycan hökuməti onları bir vətəndaşı kimi qəbul edəcək. Orada yaşamaq istəməyənlər heç bir daşınmaz əmlaka sahib olmayacaqlar".

Ramil Qasımzadə qeyd edib ki, bu məsələ tam başa çatdıqdan sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən orada müvafiq invertallaşdırma işləri aparılacaq:

"Necə ki, digər ərazilər üzrə həyata keçirilir. Bu, invertallaşma işləri aparıldıqdan sonra, onların əsas sahibləri müəyyən olunacaq.Və həmin sahiblər yalnız yeni elektron çıxarışlarla təmin olunacaqlar. Elektron çıxarışlarla təmin olunduqdan sonra həm Xankəndi, həm də digər işğaldan azad olunan ərazilərdə alqı-satqı əməliyyatlarının aparılmasından danışmaq olar".

Şəhanə Demokrat.az

D
demokrat.az