Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının (AES) birinci nüvə yanacağı bölümünün açılış mərasimində çıxış edib.
Demokrat.az Türkiyə mediasına istinadla xəbər verir ki, Prezident R.T.Ərdoğan mərasimə canlı yayımla qatılıb.
Ərdoğan Türkiyənin artıq nüvə gücü olan ölkələr sırasına qoşulduğunu bildirib:
“Artıq Türkiyə nüvə gücünə malik olan ölkələr sırasına yüksəldi. Enerji ehtiyacımızın 10 faizi Akkuyu AES vasitəsilə təmin olunacaq. Akkuyu AES layihəsindən qazandığımız böyük təcrübə ilə 2-ci və 3-cü nüvə stansiyalarımız üçün ən qısa zamanda hərəkətə keçəcəyik”.
Aysu Demokrat.az


