Siyasət Özəl

Fransa xarici işlər nazirinin Bakıya qəfil səfəri nə ilə bağlıdır? — AÇIQLAMA

Fransa xarici işlər nazirinin Bakıya qəfil səfəri nə ilə bağlıdır? — AÇIQLAMA

Fransanın xarici işlər naziri Katrin Kolonna bu gün Azərbaycana səfərə gələcək. Onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Demokrat.az-a bildirib ki, Fransanın xarici işlər nazirinin ölkəmizə səfəri əslində Azərbaycan tərəfindən dəvət olunmamış bir səfərdir:

"Bu, təxminən 2021-ci ilin dekabrında dəvət olunmamış Minsk qrupu həmsədrlərinin səfərini xatırladır. Fransa xarici işlər naziri açıqlamasında hansı məsələni müzakirə edəcəyini bildirib. Bu, Azərbaycan-Ermənistan münasibətləri, o cümlədən Qarabağ erməniləri və Laçın yolundakı vəziyyətlə bağlı məsələlərdir.

Əlbəttə ki, bu məsələlərlə bağlı Azərbaycanın prinsipal mövqeyi məlumdur. Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin məsələsini özünün daxili məsələsi hesab edir. Bunu heç bir dövlətlə, o cümlədən Fransa ilə heç vaxt müzakirə etmək niyyətində deyil. Yəni, hər halda Azərbaycan Fransanın mövqeyini bir daha ilk ağızdan eşitmək üçün onun bura gəlməsinə etiraz etməyib.

Düşünürəm ki, Fransa nümayəndələrinin guya Azərbaycana təzyiqlər göstərmək və düşmənçilik siyasətinin də bir nəticəsi olmayacaq. Burada daha çox itirən əslində Fransanın özü olacaq".

Politoloq deyib ki, bir çox Fransa şirkətləri Azərbaycanda ciddi layihələrdə iştirak edir:

“Artıq bundan sonra həmin şirkətlərin Azərbaycandakı layihələrdə yer alması kifayət qədər praqmatik görünür. Ona görə də hansısa bir irəliləyişin, pozitiv addımların Fransa tərəfindən atılacağını düşünmürəm. Çünki Fransa uzunmüddət Azərbaycan-Ermənistan məsələlərində özünün mövqeyini bir formada gizlətməyə çalışsa da, 44 günlük savaş və ondan sonrakı dövrdə Azərbaycana açıq düşmənçilik mövqeyi ilə seçilən ölkədir. Bu da təbii ki, iki ölkə arasında olan münasibətlərə ciddi şəkildə zədə verib.

Heç təsadüfü deyil ki, Azərbaycan prezidenti oktyabr ayında bildirdi ki, Fransanın bundan sonra iştirak edəcəyi heç bir formatda Azərbaycan iştirak etməyəcək!".

Nəzrin Demokrat.az

D
demokrat.az