Hadisə Özəl

Fermadan oğurluq edən dəstə üzvlərinin məhkəməsi başlayır

Fermadan oğurluq edən dəstə üzvlərinin məhkəməsi başlayır

Tərtər rayonunda fermadan oğurluq etməkdə təqsirləndirilən Röyal Bayramov, Tural Abbaslı və Faiq İbadzadənin ci ayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Tərtər rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Kamil Rzayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlabacaq.

Qeyd edək ki, R.Bayramov, T.Abbaslı və F.İbadzadə fermadan 13 baş xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqda təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) maddəsi üzrə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az