Hadisə

Göygöldə qəza: Xəsarət alanlar var

Göygöldə qəza: Xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova