Hadisə

Bakıda 5 nəfər dönərdən zəhərləndi

Bakıda 5 nəfər dönərdən zəhərləndi

Bakı şəhəri, Nizami rayonu Babək pr. 65 ünvanında yerləşən dönərxanada 5 kişi zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, onlardan ikisi 3 saylı Sabunçu Xəstəxanasına, üçü isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onlar həkim nəzarətindədirlər, səhhətləri ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, zəhərlənənlərdən ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var.

D
demokrat.az