Sosial

Mərhuma ehsan verməyib əvəzində 3 küçəni təmir etdilər – FOTOLAR

Mərhuma ehsan verməyib əvəzində 3 küçəni təmir etdilər – FOTOLAR

Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.

Dəllər Cəyir kənd İƏD-si üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi küçəsi və mərkəzi küçənin ətrafında iki küçə qum-çınqıl tökülərək təmir edilib, kənd sakinlərinin istifadəsinə verilib.

Şəmkir Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli çəkdiyi üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. (“Qafqazinfo”)

D
demokrat.az