Mədəniyyət

“Camaat bu seriallara baxıb bizə tüpürür” — Xalq artisti

“Camaat bu seriallara baxıb bizə tüpürür” — Xalq artisti

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Prezidentin kinonun inkişafı üçün ayırdığı pulun aidiyyəti üzrə xərclənmədiyini iddia edib.

Yenisabah.az-a danışan rejissor pulun kinostudiyaya gəlib çatmadığını deyib:

“Bu gün hansı məmuru dindirirsən məlum olur ki, arxasında nə qədər obyekt, villaları, xaricdə biznesi var. Çoxunun var.

Cənab Prezident milli kinomuzun qorunması üçün sərəncam verib. Bunun üçün o, büdcədən 6 milyon 500 min manat pul ayırıb. Bu ölkə prezidentinin kinoya verdiyi dəyərdir, sağ olsun. Amma sual olunur, bu gün Prezidentin ayırdığı milyonlarla pul gəlib kinostudiyaya çatırmı? Xeyr! O pulun heç 100 min manatı belə kinostudiyaya gəlməyib, hamısı yollarda pay-püş olunub, çapıb-talanıb. Gedib kinostudiyanın rəhbərliyi ilə bunu araşdıra bilərlər. 6 milyondan çox pul haradadır? Ydın məsələdir ki, yeyib üstündən də su içiblər.

Prezidentə də məruzə edəndə deyir ki, bu qədər pul ayırmışam büdcədən daha neyləməliyəm? Gedin, kinonu inkişaf etdirin. O pul kinostudiyaya gəlmir axı, o pulu “yeyirlər”.

D
demokrat.az