Ölkədə vətənpərvərlik ruhunun əsas aparıcı qüvvəsi onun gəncləridir. Hər bir xalqın mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtlərdəndir. Bu baxımdan məktəblərimizdə gənclərlə iş sahəsində görülən tədbirlər gəncliyin vətənpərvərlik ruhunun daha da inkişaf etməsinə təkan verir. Sirr deyil ki, müasir dövrdə sosial şəbəkələr fərdlərin yeni sosiallaşma mühiti kimi ən spesifik məkan sayılır. Təsadüfi deyildi ki, İkinci Qarabağ müharibəsi dövründə müharibə həm də sosial şəbəkələr vasitəsilə informasiya cəbhəsində gedirdi. Bu günlərdə Azərbaycan gəncliyi haqq səsimizi dünyaya çatdırmaq üçün yorulmadan, ardıcıl surətdə bir çox kampaniyalar aparır. Ən əsası isə müxtəlif həştəqlərdən istifadə edərək erməni terrorunu, vandalizmini dünya ictimaiyyətinə çatdırmağa çalışır. Onlar xarici mediada Azərbaycan haqqında tarixi faktların saxtalaşdırılması, düşmən tərəfindən mülki əhaliyə qarşı cinayət əməllərinin törədilməsi, şəhər və kəndlərin adının dəyişdirilməsinə dair informasiyaların geniş yayılması, eləcə də dezinformasiyaların qarşısının alınması istiqamətində mütəşəkkil şəkildə mübarizə apararaq əsl həqiqətlərin ortaya qoyulmasında böyük fəallıq göstərirdilər.

Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə gənclərə qayğı və diqqət yüksək səviyyədədir. Deputat bildiirb ki, gənclərimizin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi üçün çox münbit şərait var: 
“Hətta, milli liderimiz Heydər Əliyevin hakimiyətə gəlişindən sonra ilk yaratdığı nazirlik Gənclər və İdman Nazirliyi olub. 1994-cü ildə iyulun 26-da bu məsələ özlüyündə dövlətimizin, dövlət başçımızın bu sahayə xüsusi diqqət və qayğısını özündə ehtiva edir. Hər 3 ildən bir 1996-ci ildən başlayaraq gənclər forumlarının keçirilməsi təbii ki, ölkə prezidenti İlham Əliyevin də gənclərlə bağlı çox vacib dövlət proqramları, gənclərə xüsusi mükafatın təsis edilməsi, Gənclər Fondunun təsis edilməsi və s. bunların hər biri onların hərtərəfli yetişməsi üçün mühüm addımlardır. Ümumillikdə, ölkəmizdə azərbaycançılıq idealogiyasının, onların dövlətçilik ənənələrimizə sadiq və vətənpərvər tərbiyə almaları üçün çox vacib işlər görülüb və görülməkdədir”.
Millət vəkili qeyd edib ki, hər bir gənc öz dövrünün məhsuludur:
“Bu gün dəyişən dünyamızda risk altında olanlar əsasən gənclərdir. Çünki, həm yad fikirlərin, ideolagiyaların, təriqətlərin, zərərli vərdişlərin yayılması və arealının geniş olması, sərhədlərinin olmaması əsasən gənclərə aktiv təsir edir. Çünki onların xarakterləri tam formalaşmadığı üçün belə zərərli vərdişlərə yiyələnə bilirlər. Onun üçün təbii ki, dövlət bu sahadə çox önəmli addımlar atmalıdır”.

V.İskəndərov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin öz simasını göstərdiyini diqqətə çatdırdı:
“Bizim gənclər bütün dünyaya necə vətəni sevmək olar, necə onun uğrunda döyüşmək olar, necə onun uğruna canın fəda etmək olar və s. bunları bizə göstərdilər. Bütün bunlar əlbəttə ki, uzun illər öncə 1990-cı illərin əvvəllərindən başlanan ölkə siyasətinin və onun formalaşması üçün düzgün qoyulmuş bünövrənin nəticəsidir. Elm və Təhsil Nazirliyində, Gənclər və İdman Nazirliyində, müvafiq digər hərbi strukturlarda hərbi idman oyunlarının keçirilməsi, vətənin müdafiəsinə hazırlıq, cəsurlar, sərhəd və idman oyunları və s. bunlar həm də gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün vacib addımlar olub. Kifayət qədər yay-qış düşərgələrində gənclərimizin bütün sahələrin inkişafı üçün vacib təlimlər, seminarlar keçirilib. Həmçinin, torpaqlarımızın o dövrlər 20% işğalda olması, Azərbaycanın çətin yollardan keçməsi ruhunda, qanında bu ölkənin bütövlüyünü təmin etmək üçün hər kəsə var gücü ilə çalışmalı olduğu aşılanırdı. Təbii ki, bütün bu məsələlər öz bəhrəsini verdi və Azərbaycan gənci bütün dünyaya nümunə simvoluna çevrildi. Bu saydığımız müsbət çalarlar hər bir gəncə aid deyil. Təəssüf ki, cinayətə meyilli gənclərimizdə mövcuddur. Təəssüf ki, təhsildən və sənətdən yayınan gənclərimizdə mövcüddur. Biz əsasən onlarlada işləməliyik. Bütün strukturlar, dövlət-hökumət təşkilatları və digər strukturlar hər biri yumruq halında birləşərək bütün gənclərlə onlara daha çox ünsiyyət etməli, gənclərimizi idmana, təhsilə və digər sahələrə yönəldilməsi üçün vacib işlərin görülməsini təmin etməlidirlər. Gəncliklə bağlı dövlət proqramlarının müddəalarında bütün sahələr əhatə olunub və onların bütün müddəalarının tam gücü ilə işlənməsi üçün hər birimiz düşünürəm ki, vacib, aktual olan bu məsələdə həssas olmalıyıq. Azərbaycan gəncliyinin bu müasir vətənpərvər, savadlı, ağıllı simasını daim qoruyub saxlamalıyıq”.



“Nəzərə almaq lazımdır ki, son illərdə vətənpərvərlik ruhunda gənclərimizin tərbiyə edilməsi nəticə etibarilə İkinci Qarabağ savaşında əldə etdiyimiz uğurların əsas təməl prinsiplərini təşkil etməyə başlayıb. Yəni, gənclərimizin vətənpərvər ruhda böyüdülməsi, onların Vətənə olan sevgisi, dövlətinə olan bağlılığı, xalqına olan sevgisinin əsas təzahürü kimi dəyərləndirilə bilər. Biz yetişməkdə olan gənc nəslə verdiyimiz tərbiyə, Vətənə olan sevgini aşılamağımız onların potensial vətənin əsas müdafiəçilərindən birinə çevirir. Bu gün kifayət qədər bununla bağlı işlər görülür. Əlbəttə, müəyyən nöqsanlarımız da var. Bunlar da təbiidir, yavaş- yavaş aradan qalxacaq. Amma, ümumilikdə götürəndə ailədə uşağın bağçaya qədərki dövrü təlim-tərbiyədə xüsusi əhəmiyyət daşıyır. Bugünkü gənc nəsil, gənc ailələr bu sahədə demək olar ki, xeyli iş görürlər. Bu, birinci şərtdir. İkinci bağçada tərbiyəçilərin verdiyi tərbiyə, Vətənə olan sevginin aşılanması. Üçüncü məktəbdə verilən təlim tərbiyə. Dördüncüsü, bir qrup gəncimiz tələbə olaraq universitetdə bu təlim tərbiyəni davam etdirir. Bir qrup isə məktəbi qurtarandan sonra hərbi xidmətdə alırlar, yəni bu proses mərhələli şəkildə davam edir. Məncə, bu prosesin təməlində duran əsas prinsip bizlərdən asılıdır”.
Ekspertin sözlərinə görə, bu gün verilən düzgün istiqamət yetişməkdə olan gənc nəslin daha çox vətənpərvər ruhda tərbiyə olunmasına şərait yaradır: 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Aynurə Pənahqızı Demokrat.az


