Aksarayda suvarma kanalına düşən balaca qızın cəsədi tapılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, dostları ilə oyun oynayarkən 11 yaşlı qız suvarma kanalına düşüb.
Xəbərdarlıqdan sonra hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım qrupları sövq edilib.
Gecə yarısına qədər davam edən axtarışlardan sonra azyaşlı qızın meyiti tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


